Bakıda 18 yaşlı oğlan intihar etdi
23 Mart 2019 12:40 SosialBakıda intihar hadisəsi qeydə alınıb.
"Xeberaz.Az" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.
Yeni Yasamal yaşayış massivində 2001-ci il təvəllüdlü Xəlilzadə Nihat Xəyyam oğlu yaşadığı binanın 8-ci mərtəbəsindən özünü yerə atıb. O, hadisə yerində ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31