Röyanın Dubay konsertindən MÖHTƏŞƏM KADRLAR - VİDEO

Əməkdar artist Röya Ayxanın dünən Dubayda möhtəşəm konserti baş tutub.

Publika.az xəbər verir ki, Novruz bayramı ilə əlaqədar olaraq Birləşmiş Ərəb Əmirliklərində müğənni Röya Ayxanın açıq havada solo konserti təşkil edilib.

Konsertə çoxlu sayda insan axışıb. Anşlaqla keçən konsert proqramında Röya Ayxan sevilən hitləri ilə yanaşı, xalq mahnılarını da səsləndirib.

İzdihamla keçən tədbirin görüntüləri sosial şəbəkədə yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31