Lukaşenkodan MƏMURLARA MƏSLƏHƏT: ! Bunu edin, çox yaşayın
23 Mart 2019 09:20 SosialMəmurlar sağlam həyat tərzini populyarlaşdırmalı və gündəlik minimum 5 kilometr piyada gəzməlidir.
Publika.az BELTA agentliyinə istinadən xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Baranoviçə səfəri zamanı deyib.
Dövlət başçısı məmurların hansı idman növləri ilə məşğul olduğunu soruşub, ancaq aydın cavablar almayıb.
"Bu zarafat görünür, amma gündə ən azı beş kilometr piyada gəzməsəniz, uzun yaşamayacaqsınız. Buna görə siz zarafat edirsiniz, necə istəyirsiniz, amma bu, hər kəs üçün çox əhəmiyyətlidir", - Lukaşenko bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31