Xınalıq yolunda qar uçqunu belə baş verib - Video
21 Mart 2019 06:17 SosialQuba-Xınalıq yolunda qar uçqunu baş verib.
"Qafqazinfo" xəbər verir ki, hadisə yolun 32-ci kilometrliyində, 4 yerdə qeydə alınıb.
Uçqun nəticəsində yeddi kəndlə əlaqə kəsilib. Xınalıq kəndi istiqamətində gedənlər və qayıdanlar yoldan geri qayıdıblar.
"Azəravtoyol"un əraziyə gətirilən texnikasında nasazlıq yarandığı üçün yola əlavə texnika cəlb edilib.
Emin Kərimov
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31