Sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclər üçün Novruz şənliyi keçirilib

Cari ilin mart ayının 18-də Gənclər və İdman Nazirliyi tərəfindən sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclər üçün Novruz şənliyi keçirilib. Nazirliyin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd - sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclərə olan dövlət qayğısının daha da artırılması, onların asudə vaxtlarının səmərəli keçirilməsindən ibarətdir.
Şənlikdə sağlamlıq imkanları məhdud olan, valideyn himayəsindən məhrum və məcburi köçkün, həmçinin aztəminatlı və şəhid ailələrindən olan 300 nəfər yeniyetmə və gənc iştirak edib.
Tədbirdə iştirakçılar üçün bayram süfrəsi, əyləncəli proqram təşkil edilmiş və bayram hədiyyələri paylanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31