Baş prokurorluğun mətbuat xidmətində KADR DƏYİŞİKLİYİ

Respublika Baş Prokurorluğunun Mətbuat Xidmətində kadr dəyişikliyi olub.

Bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mətbuat Xidmətinin prokuroru Kənan Zeynalov xidmətin böyük prokuroru vəzifəsinə təyin olunub.

Xatırladaq ki, K.Zeynalov buna qədər Gəncə şəhər Prokurorluğunun müstəntiqi vəzifəsində çalışıb.

Respublika Baş Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri baş ədliyyə müşaviri Eldar Sultanovdur.

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31