Prezident və xanımı Novruz şənliyində
19 Mart 2019 11:58 SosialMartın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak edirlər.
Dövlətimizin başçısı və xanımı Bakının Fəvvarələr meydana gəldilər.
Bayram şənliyinin iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev sakinlərlə söhbət etdi.
Novruz şənliyinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirildi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada "Novruz" yarmarkası ilə tanış oldular.
Bayram şənliyi davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31