Bakıda güclü külək binanın fasadını uçurdu - FOTOLAR
18 Mart 2019 18:58 SosialDağıntılar binanın həyətində olan avtomobilin üzərinə düşüb.
Bakıda çoxmərtəbəli yaşayış binasının fasadı uçub.
Hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb. Güclü külək çoxmərtəbəli yaşayış binasının fasadını uçurub. Dağıntılar binanın həyətində olan "Mitsubishi" markalı avtomobilin üzərinə düşüb. Nəticədə maşına ciddi ziyan dəyib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. (ona.az)

.jpg)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31