Komitə gücləndirilmiş iş rejimində çalışacaq
18 Mart 2019 14:29 SosialDövlət Gömrük Komitəsi (DGK) Növruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Komitədən "Olaylar"a bildirilib ki, DGK-nın sədri Səfər Mehdiyevin sərəncamına əsasən, bayramla əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, vətəndaşların, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə gömrük-sərhəd keçid məntəqələri və Komitənin aidiyyəti qurumları gücləndirilmiş iş rejiminə keçəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31