Diaspor sədrindən səhhətində problem olan döyüşçüyə dəstək

Azərbaycan diasporunun fəallarından olan, ictimai xadim, xeyriyyəçi, "Dünya Azərbaycanlıları İttifaqı"nın və "Ümumdünya Azərbaycan Mədəniyyət Fondu"nun prezidenti, Fizuli Mamedov daha bir Qarabağ döyüşlərinin iştirakçısına dəstək olub. "OLAYLAR" xəbər verir ki, Fizuli Məmmədov  Naxçıvan  Muxtar Respublikasının, xususilə  Ordubad rayonunun ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin erməni və rus birləşmələrindən azad edilməsində əvəzsiz xidmətləri olan Fərəc Cəfərovun səhhətində yaranan problemlərdən dolayı ona dəstək göstərib.  Belə ki, "Dünya Azərbaycanlıları İttifaqı"nın və "Ümumdünya Azərbaycan Mədəniyyət Fondu"nun prezidenti xəstəxanada müalicə olunan Fərəc Cəfərovu ziyarət edib, onun problemləri ilə maraqlanıb. Fizuli Məmmədov Fərəc Cəfərova lazımı dəstək göstərəcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31