Yakutlar ayağa qalxdı –  Polis məscidi mühasirəyə aldı

Yakutskda yerli sakinlərdən birinin itməsi və təcavüzə uğraması ilə bağlı spontan mitinq keçirilib. Mitinqçilər cinayətdə şübhəli bilinənlərin cəzalandırılmasını tələb ediblər.

RBK  xəbər verir ki, zorlamada Orta Asiyadan olan 3 miqrant şübhəli bilinir. Polis onlardan birini elə həmin gün həbs edib.

Yerli KİV-lər isə xəbər verir ki, şəhər polisi icazəsiz aksiyadan sonra yerli məscidin ətrafını mühasirəyə alıb.

Rusiya İstintaq Komitəsinin regional idarəsində faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 2 maddəsi - "zorlama" və "adam oğurluğu" maddələri üzrə cinayət işi açılıb.

Məlumata görə, bazar günü saat 04:00-a yaxın naməlum şəxs Kuzmin küçəsində yerləşən evin yaxınlığında qızı zorla maşına mindirib və naməlum istiqamətə aparıb. Zərərçəkmiş şəxs daha sonra istintaq komitəsinə müraciət edib.

Bununla yanaşı hüquq-mühafizə orqanları spontan mitinqin təşkilatçıları barədə də tədbir görmək niyyətindədirlər.teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31