Fərdi evlərin sənədləşdirilməsi hansı qaydada aparıla bilər? Təhlil

Ekspert: "Sənədsiz əmlaka amnistiya verilməsi məqsədəuyğun olardı"

Məlum olduğu kimi, 2019-cu ilin fevral ayının 19-da Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb. Artıq Fərmanda nəzərdə tutulan məsələlərlə bağlı ilk işlərə start verilib. Fərmandan irəli gələrək, artıq   Bakı şəhərində rəsmi olaraq 6 yaşayış binası istismara verilib. Bunlardan ikisi Yasamal rayonu Alatava ərazisində, biri Zərdabi prospektində, 1-i Səməd Vurğun küçəsində  və digər ərazilərdə ümumilikdə 6 yaşayış binaları rəsmi olaraq istismara qəbul olunub. Bu binaların sakinləri daşınmaz əmlakını qeydiyyata almaq üçün ilkin sənədlərini Əmlak Məsələləri Dövlət Komitəsinin səyyar ofislərinə təqdim edib. Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev bildirib ki, cənab prezident İlham Əliyev vətəndaşları narahat edən məsələləri aradan qaldırılması üçün mütəmadi olaraq adımllar atır. Bu müxtəlif fərman və sərəcamlarla da öz təsdiqini tapır: "Cənab prezidentin nümunəvi addımlarından biri də fevral ayının 19-da imzaladığı Fərmandır. Fərmanın əsas məğzi odur ki, uzun müddətdir vətəndaşlar tərəfindən istismar olunan binalarda sənədləşmə prossesi tamamlansın və bu binalar rəsmi olaraq dövlət tərəfindən tanınsın. Bu olmasa insanların mükiyyətində olan mənzillərin sahibi sayılmırlar. Həmin hümanist fərmanla cənab prezident  vətəndaşlara çox böyük hədiyyə etdi". PA rəsmisi Fərmanda nəzərdə tutulan məsələlərdən də söz aıb: "İki ay ərzində Fövqəladə Hallar Nazirliyi və kommunal müəssisələr -"Azərsu", "Azərişıq", "Azəriqaz" tərəfindən binalarda yoxlamalar aparlacaq: "FHN binaların möhkəmliyini, lift təsərrüfatlarının olub-olmamasını və yanğından mühafizə məsələlərini yoxlayır və bunların haqqında bir rəy tərtib edir. Həmin bu rəyin nəticələrini iki gün ərzində Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanlarına göndərilir. Bundan sonra binalara "çıxarışların" verilməsinə başlanılır". Feyruz Mustafayev  Bakıda 330, Gəncə 13, Sumqayıtda 13, Abşeronda 36 binada yoxlamalar aparılacağını deyib: "Ümumilikdə 68 min mənzilin 70 faizində məskiunlaşma olmasına baxmayaraq istismara qəbul edilməyib. Bu yaşayış binaların yoxlamalar aparıldıqdan sonra sənədləşmə prosseslərinə başlanılacaq". PA rəsmisi onu da qeyd edib ki, prezident İlham Əliyev fərdi evlərin də sənədləşdirilməsi barədə tapşırıq verib. Hazırda bu ustiqamətdə iş gedir. Maraqlıdır fərdi evlərin sənədləşdirilməsi hansı qaydada aparıla bilər?

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsi sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayır və yaxın zamanlarda Prezident Administrasiyasına təqdim ediləcək: "Güman olunur ki, hündürmərtəbəli binalardakı mənzillərə çıxarış verildikdən sonra həyət evlərinin sənədləşdirilməsinə başlanılacaq. Qeyd edim ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2014-cü ildə sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı təkliflər paketini Azərbaycan hökumətinə təqdim etmişdi. Biz nəyi təklif edirdik və indi də məqbul hesab edirik? Əvvəlla, bizim təkliflərimiz "Əmlak Aministiyası"nı nəzərdə tutur. O baxımdan yaxın zamanda sənədsiz əmlaka aministiya verilməsi məqsədəuyğun olardı. İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin yaxınlığında olan evlərdir. Təklif edirik ki, əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin. Bizim konsepsiyasında daha çox Rusiyada tətbiq edilən praktikadan istifadə olunub. Burda söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır. Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və "kupça" ilə təmin olunması prosesi başlanmalıdır. Əslində, bu prosedur dövlətin özü üçün də əhəmiyyətlidir. Bir tərəfdən ev sahiblərinin mülkiyyət hüquqları təmin edilir, digər tərəfdən də əmlak vergiyə cəlb olunur. Ona görə problemin həlli dövlət qurumlarının özünün marağında olmalıdır və onlar qısa zamanda məsələnin aradan qaldırılmasına çalışmalıdır. Bütövlükdə, uzun müddət gündəmdə olan sənədsiz həyət evləri probleminin yaxın zamanlarda həll ediləcəyi gözlənilir. Bizim təklif etdiyimiz mexanizm prosesin sürətlənməsi, ev sahiblərinin mülkiyyət hüquqlarının qorunması və real sektorda aktivliyin artırılması baxımdan əhəmiyyətli hesab edilə bilər".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31