“Neftdən də böyük sərvətiniz var“ – “Bahar qızları” aksiyasından maraqlı GÖRÜNTÜLƏR
18 Mart 2019 11:41 SosialAlmaniyada yaşayan həmvətənlərimiz Novruz bayramı ərəfəsində "Bahar qızları" aksiyası keçirib. Təşkilatçılar tanınmış xanəndə Vüsalə Musayeva və jurnalist Tünzalə Rafiqqızından daxil olan məlumata deyilir ki, "Bahar qızları" aksiyası Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin paytaxtı Düsseldorf şəhərinin mərkəzi vağzalında baş tutub.
Jurnalist Tünzalə Rafiqqızının sözlərinə görə, aksiyaya maraq olduqca böyük olub.
"Aksiya iştirakçıları milli geyimlərdə idi. Əllərimizdə Novruz xonçaları var idi. Almanların aksiyamıza marağı böyük idi. Yaxınlaşıb Novruz haqqında məlumat alırdılar. Əl işlərimizi, şirniyyatlarımızı çox bəyəndilər. Yay tətilində Bakıya gedəcəklərini, milli geyimlərimizdən alacaqlarını deyənlər də oldu. Hətta bir alman dedi ki, biz Azərbaycanı neft ölkəsi kimi tanımışıq. Sən demə onun neftdən də böyük sərvəti - mədəniyyəti var imiş", deyə T.Rafiqqızı bildirib.






Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31