Qadın 9 dəqiqəyə 6 uşaq dünyaya gətirdi
18 Mart 2019 08:18 SosialABŞ-ın Texas ştatında yaşayan Zelma Çiaka adlı qadın 9 dəqiqə ərzində 6 uşaq dünyaya gətirib.
Axar.az xəbər verir ki, qadın saat 4:50-dən 4:59-a keçən müddətdə 4 oğlan və 2 qız uşağına sahib olub.
Həkimlər bildirir ki, 6 övladın sağlam doğulması şansı 4,7 milyardda birdir.
Qəhrəman ananın və övladlarının özünü yaxşı hiss etdiyi deyilir. Onlar müntəzəm olaraq həkim nəzarətindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31