“Nəsiminin nəşi Azərbaycana gətirilsin” - Deputat
15 Mart 2019 17:56 Sosial"Artıq Nəsiminin nəşi Azərbaycana gətirilməlidir".
Millət vəkili Tahir Kərimli dahi Azərbaycan şairi Nəsiminin nəşinin Azərbaycana gətirilməsini təklif edib.
O, bu təkliflə Milli Məclisin (MM) martın 15-də keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı çıxış edib.
Bildirib ki, onun nəşinin Azərbaycana gətirilməsinin vaxtı çatıb:
"Mən özüm iki dəfə Hələb şəhərində Nəsiminin məzarını ziyarət etmişəm. Ona görə hesab edirəm ki, artıq Nəsiminin nəşi Azərbaycana gətirilməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31