“Qanunsuz tikililərə məmurlar şərait yaradıb” - Cavid Qurbanov
15 Mart 2019 15:29 Sosial"Dəmiryolu xəttinin qorunma zolaqları həm məmurlar, həm də vətəndaşlar tərəfindən pozulub. Dəmiryolu xəttinin yerləşdiyi ərazilərdə qeyri-qanuni tikililər var. Buna məmurlar şərait yaradıb".
Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
Qurumun rəhbəri bildirib ki, sözügedən məsələləri kompensasiya edərək, insanları dəmiryollunun mühafizə zolağından uzaqlaşdırırlar. "İnsanların ev şəraitini yaxşılaşdırırıq. 2018 -ci ildə 700 adama yeni ev verilib və həmin ərazidən köçürülüb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31