Deputat: Sənədsiz evlər vergi ödəməkdən yayınır
15 Mart 2019 13:36 Sosial"Fərdi tikililərin sənədləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlansın". "Olaylar" xəbər verir ki, bunu deputat Elmira Axundova Milli Məclisin plenar iclasında hökumətin 2018-ci il hesabatına münasibət bildirərkən deyib. Deputat bildirib ki, Bakı və ətraf regionlarda olan yaşayış məntəqələrində tikilən evlərə aid heç bir sənəd yoxdur: "Komunal vergilər ödənilsə də, heç bir torpaq, ev vergisi ödənilmir. Ancaq sənədlər verilsə, həmin vergilər birbaşa dövlət büdcəsinə gedər. İndi isə hansısa məmurun cibinə gedir. Həmin tikikilər sənədləşdirilmədiyi üçün büdcə yox, hansısa məmurun cibi dolur. Digər bir problem isə əlillərin işsizlik məsələsi ilə bağlıdır. Baxmayaraq ki, qurumlarda bununla bağlı kvota tətbiq olunur, amma əllilərin işə götürülməməsi üçün əllərindən gələnləri edirlər. Bu da əllilərin işlə təmin olunması məsələsində ciddi problemlər yaradır".