Azərbaycan İnsan Resursları Assosiasiyası yaradılıb
1 Mart 2019 18:42 SosialAzərbaycan İnsan Resursları Assosiasiyası (AİRA) yaradılıb.
Yeni təşkilat İnsan Resurslarının İdarə Edilməsi sahəsində fəaliyyət göstərən müasir nəzəri biliklərə və yerli təcrübəyə malik yüksək ixtisaslı peşəkarların təşəbbüsü, dövlət və özəl biznes sektorunun dəstəyi və Ədliyyə Nazirliyinin müvafiq qərarı ilə yaradılıb.
AİRA-nın əsas məqsədlərindən biri insan kapitalının bütün səviyyələrdə və istiqamətlərdə inkişaf etdirilməsi, həmçinin innovativ və səmərəli şəkildə elmi əsaslandırılmış metodlarla istifadə olunmasıdır. Həmçinin AİRA insan resurslarının strateji baxımdan yönləndirilməsi, bu sahədə fəaliyyət göstərən mütəxəssislərə və ümumilikdə karyerasını qurmağı planlaşdıran şəxslərə dəstək olunması məqsədi ilə yaradılıb.
AİRA-nın əsas hədəfi milli İnsan Resuslarının İdarə Edilməsi standartlarının müəyyən olunması və biznesdə çevik idarəetmə sistemlərinin qurulmasına töhfələr verməkdir. Assosiasiya insan resurslarının idarə olunması üzrə Azərbaycan iqtisadiyyatında mövcud tendensiyaları nəzərə almaqla elmi məlumatlara və araşdırmaya əsaslanan, bey