Azərbaycanlı qadın yazardan erotik şeir: Tələsmə, asta-asta…
23 Fevral 2019 07:00 SosialAzərbaycanlı qadın şair Rəbiqə Nazimqızı sosial şəbəkə hesabından paylaşdığı erotik şeiri ilə diqqət mərkəzindədir.Baku.ws xəbər verir ki, şair şeirini "Diqqət: 16+ (yaşı olmayanların və ağlı 16 yaşından sonra inkişaf etməyənlərin oxuması qadağandır)" şərhi ilə paylaşıb:
Mən səni istəyirəm.
Soruşma ki yəni nə.
Qucaqla sıx köksünə
Pıçıldayım səninəm.
Gülümsə, dodağından
Üzümə işıq düşsün.
Qaranlığın köynəyi
Yarıyadək sürüşsün
Saçımda parıldasın
Əllərinin sancağı
Tələsmə, asta-asta
Oyat bu utancağı...
Dadı başqadı başqa,
Çiyələk öpüşlərin.
Ah, məni asta-asta
Yeyəcək öpüşlərin
Düymələri sayıb aç,
Axırdan birinciyə
Aldat guya ömründə
Təkəm, həm birinciyəm
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31