“Bir müəllifin izi ilə” layihəsinin təqdimatına start verildi
22 Fevral 2019 17:14 SosialAMEA Mərkəzi Elmi Kitabxanası Azərbaycanın tanınmış şəxsiyyətlərinə həsr olunan "Bir müəllifin izi ilə" layihəsinin təqdimatına start verib. Bu məqsədlə keçirlən ilk tədbir Azərbaycanın görkəmli geoloq alimi, Dövlət Mükafatı laureatı, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri laureatı, AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə həsr olunub.
Olaylar.az xəbər verir ki, tədbirdə bildirilib ki, akademik Akif Əlizadə haqqında və onun elmi əsərlərindən ibarət kolleksiya oxucuların istifadəsinə verilib.
MEK-in Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən akademik Akif Əlizadənin yubileyi münasibətilə Vikipediyayaalim haqqında əlavə olunmuş məlumatlar, tərcümələr və redaktələr barədə məlumat verilib. Müəllif haqqında Azərbaycan və rus dillərində mövcud olan məlumatlar redaktə edilib, ingilis dilində yeni məqalə yaradılıb.
Tədbirdə kitabxana informasiya resurslarının müxtəlif sahələrdə tətbiqi, informasiyanın kontent təhlükəsizliyi, milli yaddaş, sərbəst ensiklopedik resurslarda Azərbaycan tarixi və mədəniyyəti və başqa mövzular müzakirə edilib.