Azərbaycanda ticarət mərkəzi yanır – FOTO
10 Yanvar 2019 12:10 SosialQuba rayonunda "Birja" ticarət mərkəzində yanğın başlayıb.
Rayon mərkəzində yerləşən ticarət mərkəzində hələlik məlum olmayan səbəblərdən yanğın olub.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın zamanı 4-dən artıq mağaza yanıb.
Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin rəisi və rayon prokurorluğunun əməkdaşları gəlib.
Yanğının başvermə səbəbləri araşdırılır. "Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31