Zakir Qaralov bu prokurorların yerini dəyişdi
10 Yanvar 2019 11:35 SosialAzərbaycanın prokurorluq orqanlarında kadr dəyişiklikləri edilib.
"Qafqazinfo" xəbər verir ki, Cəbrayıl rayon prokuroru Maarif Hüseynov tutduğu vəzifədən azad edilərək Daşkəsən rayonuna prokuror təyin edilib.
Daşkəsən rayon prokuroru Elman Süleymanov isə Quba rayonuna göndərilib.
Quba rayon prokuroru Valeh Səmədov isə İmişli rayonuna gedib.
Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov məlumatı təsdiqləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31