Putindən kömək istəmiş uşağın faciəli sonu - Sibirdə öldü
10 Yanvar 2019 09:55 SosialÖtən ilin dekabrında Rusiya Prezidenti Vladimir Putinin keçirdiyi geniş mətbuat konfransında ondan kömək istəmiş üçyaşlı Vladislav Şestakov xəstəxanada vəfat edib.
Teleqraf.com xəbər verir ki, İrkutsk vilayətinin Çeremxovo şəhərindən olan Vladislav onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Uşağın vəziyyəti bu gecə qəfil pisləşib.
O, üç dəfə kimyaterapiya kursundan keçib.
Qeyd edək ki, Vladislav Şestakovun xəstəliyi ötən il dekabrın 20-də Vladimir Putinin mətbuat konfransında ictimailəşmişdi. Onun müalicəsinin xaricdə mümkünlüyü bildirilirdi.
Dövlət başçısı uşağa kömək edəcəyinə söz vermişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31