Səidə Sultan yardım istədi: “Narkotik…” - Video
10 Yanvar 2019 09:54 SosialMüğənni Səidə Sultan ötən ay dünyasını dəyişən mərhum klarnet ifaçısı Zahid Sabirabadlının ailəsinin çətin vəziyyətindən danışıb.
Teleqraf.com-un məlumatına görə, "Bizimləsən" verilişinə qonaq olan ifaçı sözünü ağlayaraq deyib:
"Narkotik elə bir oğlanların başını yerə qoyub ki, gəl görəsən. O demək deyil ki, həmin insanı həyatdan silmək lazımdır. Bu, düzgün yanaşma deyil.
Mən sənət dostlarımdan xahiş edirəm, siz ki o musiqiçini çağırırdınız, sizin üçün hansısa musiqini ifa etsin. Bax, həmin müğənni dostlara deyirəm, ayağa durun, 100-200 atışsaq, böyük pul deyil".
Qeyd edək ki, mərhum sənətçinin həyat yoldaşı Leyli "Bizimləsən" verilişində evinin ipoteka kreditinə yardım olunmasını xahiş edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31