Sidiyin rəngi və qoxusu hansı xəstəliklərdən xəbər verir?
9 Yanvar 2019 06:12 SosialSidik qəbul etdiyimiz qida maddələrinin böyrəkdə yığılıb qalan hissəsidir. Sidiyin tərkibi orqanizmin tələbatından artıq olan ziyanlı maye, su, ölü qan hüceyrələri və digər bu kimi tullantılardan ibarətdir. Lakin bir çox xalqlar tarix boyu sidiyin müxtəlif faydalarını taparaq ondan "dərman" kimi istifadə ediblər.
İcra.az publika.az-a istinadən sidiyin qeyri-standart istifadəsi haqqında 11 faktı təqdim edir.
1. Puştunlar (Əsasən cənub-şərq, cənub və cənub-qərb Əfqanıstan və Pakistanın şimal-qərbində məskunlaşan İran xalqı) sidikdən işgəncə məqsədilə istifadə edirdilər. İnsanı dirəyə bağlayıb və onu ağzı açıq saxlayırmışlar. Qadınlar əsir olan şəxs boğulana qədər sidiklərini onun ağzına tökürmüşlər. Puştunlar belə mənfur işgəncə növünü müharibədə əsir düşən əsgərlər üzərində tətbiq etməyi sevirdilər.
2. Koryaklar (Sibirdə xalq) psixoaktiv maddə kimi qırmızı zəhərli göbələklərdən istifadə edirdilər. Zəhərli göbələklərə sidik töküləndə alkaloidlər fəal qalır və dezinfeksiyaedici təsir göstərir.
3. Fransada streptokok infeksiyasının müalicəsi məqsədi ilə sidiklə islanmış corabları boğaza dolayardılar.
4. Əgər sidiyin faydalı olduğunu düşünürsünüzsə, onda heç olmasa, az-az içmək daha yaxşıdır. Bu "ilk porsiya" özü ilə sidik kanalında olan bütün mümkün çirklənməni yuyub aparacaq və siz tamamilə steril olacaqsınız.
5. Qədimdə yoqa təlimçiləri səhərlər sidik içməyi yararlı sayılırdı, onlar hesab edirdi ki, guya bu ritual meditasiya vəziyyətinin inkişafına səbəb olur. Ola bilsin ki, bunun elmi əsası var. Çünki sidikdə melatonin hormonları var ki, bu da meditasiyanın durumuna müsbət təsir göstərə bilər. Lakin onlar sidikdə aktiv deyil. Bəlkə də sidiyi təkrar içmək melatonini fəallaşdırır.
6. Nəzəri Təbabət İnstitutunun 7 may 1996-ci il tarixli məqaləsində təklif nəzəriyyəsində insanın müntəzəm olaraq öz sidiyini içməsi xərçəng riskini azaltdığı deyilir. Çünki ondakı antigen orqanizmə daxil olanda immun sisteminin möhkəmlənməsinə kömək edir. Lakin bu nəzəriyyə də inandırıcı şəkildə sübut olmayıb.
7. Madonna bir dəfə etiraf etmişdi ki, mikozu (ayaq göbələyi xəstəliyi) sidik kompresləri vasitəsilə sağaldıb. Britaniya aktrisası Sara Maylz isə bildirib ki, 30 il ərzində öz sidiyini içib, çünki səhhətinə müsbət effektini hiss edib.
8. Qədim romalıların tənqidi şeirində dişlərin sidiklə təmizləndiyi deyilir: "Eqnati hər zaman gülümsəyir və dişlərini göstərir, yəqin ki, orada sidik həddindən artıq çoxdur".
9. Məsələn, su olmayan yerlərdə yanğını yatırmaq üçün su əvəzinə sidik içmək təhlükəlidir, çünki onun tərkibində natrium miqdarı yüksəkdir. Çox qısa müddətdən sonra siz daha güclü yanğı hiss edə bilərsiniz. Odur ki, belə vəziyyətlərdə hətta sidik yeganə maye olsa belə su əvəzinə onu içməyin.
10. 17-ci əsrdə fransızlar kosmetik məqsədlərlə sidik vannası qəbul edərdilər: Hesab edilirdi ki, o, cavanlaşdırır və dərini canlandırır.
11. Müxtəlif rəngli sidik, sən demə, sizin orqanizminiz və sağlamlığınız haqqında çox şey deyə bilər. Yuxarıda sadalanan məlumatlardan fərqli olaraq bu fakt sübut olunub. Klivlend klinikası insanların sağlamlıq vəziyyətini öyrənmək məqsədilə aşağıda təqdim olunub:
Sidiyin rəngi və qoxusu hansı xəstəliklərdən xəbər verir?
Sidik, sadəcə, toksinlərin və artıq suyun bədəndən xaric olunması demək deyil. Bədənlə bağlı bir çox gizli məlumatları da məhz sidiyin rənginə əsasən müəyyən etmək olar.
Sidiyin ən önəmli xüsusiyyətlərindən biri də onun rəngidir. Şəffaf və ya solğun sarı rəngdə olan sidiyin rənginin dəyişməsi bir çox xəstəliklərin göstəricisidir. Düzdür, yediyimiz qidalar da onun rənginin dəyişməsinə səbəb ola bilər, lakin əksər sağlamlıq problemləri sidiyin rənginə təsir edir.
Təzə sidik, demək olar, iysizdir. Lakin havanın təsiri nəticəsində sidikdə müəyyən proseslər baş verir ki, ifraz olunduqdan bir müddət sonra sidiyin iyi dəyişilir və ondan kəskin ammiak iyi gəlir.