Sivilcələrdən qurtulmağın asan yolu
9 Yanvar 2019 05:32 SosialXanımların ən çox üzləşdiyi problem sivilcələrdir.
Axşam.az xarici mediaya istinadən sivilcə probleminizin həll olmasında sizə kömək edəcək maska təqdim edir:
Bir çay qaşığı darçının üstünə 5-6 damcı limon suyu əlavə edərək qarışdırın (həssas dəriyə sahib olan xanımlar limon damcısının çox olmamasına diqqət etməlidir. Əks halda dərini yandıra bilər).
Darçını sivilcələrin üzərinə yapışacaq qədər sürtün. 20 dəqiqə gözlədikdən sonra darçını ilk öncə masaj edər kimi ovub tökün, daha sonra isə ilıq su ilə yuyun.
Maskanı sadəcə sivilcəli hissələrə sürtün, bütün dərinizə yox.
Yuduqdan sonra qızartı olması sizi qorxutmasın. Bu normaldır. Bir müddət sonra keçir. Bu maskanı hər gün edib dərinizi qurutmayın. Bunu 2 və ya 3 gündən bir edə bilərsiniz.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31