Türkiyədə batan gəmidəki azərbaycanlıların kimliyi bilindi
7 Yanvar 2019 16:01 SosialTürkiyənin Samsun bölgəsində azərbaycanlıların da olduğu gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Samsun valisi Osman Kaymak məlumat verib.
O qeyd edib ki, hadisə zamanı xilas edilən yeddi nəfərdən dördünün yaxınlıqdakı xəstəxanalarda müalicəsi davam etdirilir.
Xilas edilənlər arasında azərbaycanlıların olub-olmaması ilə bağlı məlumat yoxdur.



oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31