Küçədə işləyən və yaşayan uşaqlar üçün Yeni il bayramı təşkil edilib

Bayram şənliklərindən kənar qalmış uşaqlara Yeni il bayram şənliyi sevincini yaşatmaq üçün tədbirlər davam edir. “Qadın və Müasir Dünya” Mərkəzi İnformasiya Departamentindən “Olaylar”a bildirilib ki, uşaqların Yeni il Bayramını uzun müddət xatırlamaları üçün, ona lazımi hazırlaşmaq lazımdır.

Bayram şənliklərindən kənar qalmış uşaqlara Yeni il bayram şənliyi sevincini yaşatmaq üçün tədbirlər davam edir. "Qadın və Müasir Dünya" Mərkəzi İnformasiya Departamentindən "Olaylar"a bildirilib ki, uşaqların  Yeni il Bayramını  uzun müddət xatırlamaları  üçün, ona lazımi hazırlaşmaq lazımdır. Bayramın gözlənməsi, bunun üçün hazırlıq bayramın özündən də  daha xoşdur.  Uşağlarla  yeni il qeyd ediləcək  olan otağı, şam  ağacını, divarları,  bəzəmək  uşaqlara xüsusui sevinc bəxş edir. Bütün bu sevincləri  "Küçədə işləyən və yaşayan üşüqlar üçün Günərzi "İşılı Ev" Küçə uşaqları  Sosial Psixoloji reablitasiya idman sağlamlıq Mərkəzinin uşaqları üçün gənc iş adamı,   SIGMA TECHNICAL SERVICES əməkdaşı  Əhməd Süleymanov  və Neilya xanım yaşatdılar. Şaxta baba paltarinda uşaqları salamlayan Əhməd Süleymanov  hər bir uşaq üçün aldığları və hazırladıqları  hədiyyələrlə mərkəzə pənah gətirmış  uşaqların hədsiz sevincinə səbəb oldular. Ailə ənənəsini davam etdirən Əhməd Süleymanov və Neilya xanim  uşaqlarin arzularını  dinləyib, onlarla tək - tək söhbət etdilər. Müsəlmanlrrın ən müqəddəs Bayramlarında da  mərkəzimizin uşaqlarını sevindirən  bu ailəinin xeyirxah işləri davam edir. Ahməd Süleymanovun anası  Bakıdakı Beynəlxalq Məktəblərdən birində işləyən Şeyda xanim Süleymanova da artiq bir necə ildir ki, bu mərkəzin himayəçilərindən biridir. Bütün bayramlarda bu  mərkəzə  pənah gətirmiş uşaqları sevindirir, baxımsız uşaqların sevinc  yaşamasına çalışır. Ailə ənənəsi davam edir.

"Küçədə işləyən və yaşayan üşüqlar üçün Günərzi "İşılı Ev" Küçə Uşaqları  Sosial Psixoloji reablitasiya idman sağlamlıq Mərkəzi 2002- ci ilin uyun ayından Bakı şəhərində fəaliyət göstərir.Bu vaxta qədər mərkəzə 4500 -dən çox uşaq qeydiyyatdan kecib.Hər gün bu mərkəzə gələn uşaqlara  imkan daxilində isti ymək, paltarla köməklik edilir, yazıb - oxumaq,  şəkil çəkmək  öyrədilir  və idmanla məşğul olmağa şərait yaradılıb.Çətinliklərimizdə, nailiyyətlərimizdə var.Sosial reablitasiya  idman sağlamlıq Mərkəzi bura pənah gətirmiş azyaşlılar üçün dayaq mərkəzi olub, həyatın bütün çətinliklərini görmüş uşaqlar üçün sığınacaq yeridir.Sosial reablitasiya uşaqların dəyərli əxlaq normalarına qaytarılmasıdır.bu isə uşaqların şəxsiyyət kimi tanınmsına yoldur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31