Muzeydə orta əsrlərə aid eksponat
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin fonduna orta əsrlərə aid müdafiə yarağı daxil edilib.
7 Yanvar 2019 14:24 SosialAzərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin fonduna orta əsrlərə aid müdafiə yarağı daxil edilib.
Muzeydən Olaylar.az -a bildirilib ki, dəbilqə yarımkürə formasındadır, şiş ucluğu, borusu və burunluğu var. Onun üstü xətlərlə 16 hissəyə bölünüb. Hər hissədə nəbati naxışlar çəkilib. Dəbilqə bütövlükdə qızılla və naxışlarla işlənib.
Eksponat hərb tariximizin tədqiqi baxımından əhəmiyyətlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31