“Qisseyi-Əbu Əli Sina” əsərinin surəti əldə edildi

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Məşhədin Astane-Qüdse-Rəzəvi kitabxanasından “Qisseyi-Əbu Əli Sina” əsərinin surətini əldə edib.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Məşhədin Astane-Qüdse-Rəzəvi kitabxanasından "Qisseyi-Əbu Əli Sina" əsərinin surətini əldə edib.

Olaylar.az bildirir ki, Orta Asiyanın böyük alimi Əbu Əli ibn Sinaya həsr edilmiş və Azərbaycan turkcəsində yazılmış bu əsər Osmanlı imperatoru II Səlimin oğlu, 21 il hakimiyyətdə olmuş III Murada (1574-1595) hədiyyə edilib.

"Qisseyi-Əbu Əli Sina" 99 vərəqdən ibarətdir, əsas hissəsi nəsrlə, əvvəli və sonu nəzmlə yazılıb. Əsərdə İbn Sina barədə tarixi faktlarla yanaşı, rəvayətlər də yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31