Nazirliyin internet səhifəsi yeniləndi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) internet səhifəsi olanwww.sosial.gov.az yeni dizaynla istifadəyə verilib. "Olaylar" xəbər verir ki, saytın yeni versiyası müasir, eyni zamanda sadə dizaynı, əmək, məşğulluq, sosial təminat və digər müvafiq sahələr üzrə zəngin və yenilənmiş məlumatları əhatə etməsi, informasiya açıqlığını təmin etməsi ilə seçilir. Ümumi məlumatlarla yanaşı, saytda Nazirliyin xidməti kontingentinə aid əhali qruplarının (pensiyaçılar, əlilliyi olan şəxslər, işsiz və işaxtaran vətəndaşlar, aztəminatlı ailələr və s.) hər birinin maraq dairəsinə aid məlumat və xidmətlərə sadə prosedurlarla əlçatanlığı üçün konkret sahə üzrə bölmələr fəaliyyət göstərir.Həmçinin sosial təminat növləri, aktiv məşğulluq tədbirləri, proqram və layihələr, istehsalat təqvimi, tender, müsabiqə və müsahibə elanları, vakansiyalar, müraciətlər, zəruri məlumatlar, mənzil və minik avtomobili almaq üçün növbəlilik siyahıları, bu təminatlar üçün tələb olunan sənədlərin siyahıları və s. müvafiq olaraq ayrıca bölmələrdə təqdim edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31