Emil Rəhmanov “O səs Türkiyə”dən kənarlaşdırıldı – Bu da səbəbi/Video

Əməkdar artist Rəhman Rəhmanovun oğlu, müğənni Emil Rəhmanovu "O səs Türkiyə"dən uzaqlaşdırıblar.

Teleqraf.com-un məlumatına görə, ifaçı bu barədə "Hər şey daxil" verilişində danışıb.

O bildirib ki, yarışmanın qaydalarını pozduğuna görə müsabiqədən kənarlaşdırılıb:

"Aparıcı Elgiz Əkbər verilişində mənə sual verdi ki, hansı münsif sənin ifanı bəyənib, döndü. Mən də dedim ki, Seda Sayan. Əslində yarışın şərtlərinə görə, heç bir şeyi açıqlamamalı idim. Amma mən qaydanı pozdum. Ona görə də "O səs Türkiyə"dən uzaqlaşdırıldım".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31