Qadın alverçilərinin dəstə başçısı Züleyxa haqqında – Yeni qərar
7 Yanvar 2019 10:43 SosialAzərbaycanlı qadınları Türkiyədə və Dubayda cinsi istismara məruz qoymaqda təqsirli bilinən Xaçmaz rayon sakini, 1963-cü il təvəllüdlü Züleyxa Həsənovanın həbs müddətinin artırılması barədə istintaq orqanının təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın həbs müddətinin artırılması barədə istintaq orqanının təqdimatı təmin olunub.
Züleyxa Həsənovanın həbs müddəti daha 3 ay müddətinə artırılıb.
Qeyd edək ki, bundan əvvəl Nərimanov rayon Məhkəməsinin qərarı ilə Züleyxa Həsənovanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Xaçmaz rayon sakini olan Züleyxa Həsənovanın həbs edilməsi üçün əməliyyatı İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi keçirib.

Məlum olub ki, Züleyxa Həsənova Azərbaycan vətəndaşları olan qadınları Türkiyəyə və Dubay şəhərinə aparıb, orada onları cinsi istismara məruz qoyub.
Zərərçəkmiş qadınlar Azərbaycana qayıtdıqdan sonra Züleyxa Həsənova barəsində idarəyə şikayət ediblər.
Şikayət əsasında Züleyxa Həsənova barəsində araşdırma başlanıb. Onun Azərbaycan vətəndaşı olan qadınları cinsi istismara məruz qoyması müəyyən edilib.
Bu səbəbdən Züleyxa Həsənovanın barəsində 2017-ci ildən axtarış elan edilib.
İstintaq orqanı tərəfindən Züleyxa Həsənovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək) və 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddələri ilə ittiham elan edilib.