Sürücü işləyən Tolqa üsyan etdi: "İndi yanımda yoxdular"

Xəbər verdiyimiz kimi, iki il öncə ABŞ-a köçən aktyor Tolqa Karel orada TIR maşını sürücüsü işləyir.Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor bununla bağlı İnstaqram səhifəsində paylaşım edib. O, sürücü işləyəndən sonra bəzi dostlarının onunla əlaqəni kəsdiyini qeyd edib:"Həftədə ən az iki dəfə mənə zəng edib maraqlananlar indi yanımda yoxdular. Ola bilsin, onların maddi mənfəətləri ilə uyğunlaşmıram. Demək ki, sadəcə şöhrət sahibi olduğum üçün mənə yaxınlaşmaq istəyiblər. Yaxşı, bu gün yük maşını sürücüsü, sabah 100 yük maşınlıq bir şirkətin sahibi olsam, onda daha dəyərlimi olacam? Yerə girsin sizin saxta sevginiz".Qeyd edək ki, 2016-cı ildə amerikalı Sarah Skotti ilə ailə quran Karelin bu nikahdan Mia adlı qızı var. O daha  əvvəl azərbaycanlı model Günay Musayeva ilə ailəli olub. Onların Cihangir adlı bir oğlu dünyaya gəlib.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31