Jurnalist Cəlal Ələddinoğlunun sevgi dramı

O vaxtlar anamın bəyəndiyi bir qız vardı, mənə almaq istəyirdi. Qızı mənə göstərmək üçün bir məclisdə bizi yanaşı otuzdurdular. Adamın üstə Allah var çox gözəl qızıydı. Dinib-danışmırdı. İncə-mincə, nəzakətli davranışlarını görən deyərdi elə qırmızı kəlağayını burdaca atım bunun başına, barmağına da bir üzükdən-zaddan taxım əldən çıxmasın.

Dedim qoy bir bunu danışdırım görüm çuvalında nə var, nə yox?!
Məclisdə də həzin xalq mahnıları ifa olunur. Bundan soruşdum ki, çox qəşəng mahnıdır hə?! Qız qaşlarını çatıb dodaqdəyməzdən birnəfəsə qayıtdı ki - "Bu nə mahnıdır eyy? Mahnı rokdur, rok! Hard rok! Ölürəm rokçün. Roker dostlarımla Amerikaya rok festivalına gedəcəm. Evdən razı olmurlar. Buraxmasalar da qaçıb gedəcəm."... Danışa-danışa telefonunda uzunsaç saqqallı gitaralı gədələrin şəkillərini mənə göstərib soruşdu "Rok dinləyirsənsə bunları tanıyarsan? Ən sevdiyin roker kimdir?". Dedim elə biz də nəsillikcə ancaq roka qulaq asırıq. Nənəm rokun xəstəsidir. Biz tərəflərdə toyda-nişanda "Vağzalı" zad çalınmaz. Yalnız Ramşteynin musiqələri.
Gördü ki, ciddi deyiləm turşumuş bir sifət alıb susdu.
Astaca anama yaxınlaşıb dedim ki - "Mama dur gedək gəlinin roker çıxdı"...(c)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31