Keniyada məktəbli qızlar... hamiləlik testindən keçəcək
5 Yanvar 2019 08:15 SosialKeniyanın Narok şəhərində bu həftə orta məktəbə başlayacaq bütün qız şagirdləri ginekoloji müayinədən keçiriləcək. Bundan başqa, uşaqların hamiləlik testindən keçmələri də məcburidir.
Bəzi insan haqları qurumları, hökumətin uşaq hamiləlikləri və 2011-ci ildə qadağan edilən qız sünnətinin qarşısını alma cəhdlərini müsbət qarşılasa da, bu üsul uşaqların məhrəmiyyət haqlarını pozacaq. Narok şəhər bələdiyyəsi rəhbəri Corc Natembeyanın açıqlamasına görə, məktəbə başlayacaq bütün qız uşaqları müayinə üçün yerli xəstəxanalara sövq ediləcək. Sünnət olduğu müəyyənləşən qız uşaqları polisə ifadə verəcək. Hamilə olduğu anlaşılan uşaqlar da kimdən hamilə qaldıqlarını açıqlamaq zorunda olacaq.
Narok, Keniyada qız sünnətinin və uşaq hamiləliklərinin ən geniş yayıldığı şəhərdir. 2014-cü ildə yayımlanan rəsmi bir sənədə görə, şəhərdəki hər 10 qızdan dördü uşaq yaşlarında hamilə qalırlar.