Nurgül evlilik sualına belə cavab verdi: "Xoşbəxtəm"
4 Yanvar 2019 23:31 SosialAktrisa Nurgül Yeşilçay ötən gün sevgilisi Necati Kocabay ilə Nişantaşı istiqamətində görüntülənib.Axşam.az xarici mediaya istinadən xəbər verir ki, jurnalistlərlə qarşılaşan aktrisa onların suallarını da cavablandırıb.
O, "2018-ci il sizin üçü necə keçdi" sualına belə cavab verib:"Bu ildən heç nə anlamadım. Tez keçdi. Amma həyatımın eşqini tapdım. Çox xoşbəxtəm"."Bəs, yenidən ailə qurmağı düşünürsünüzmü? Necatidən sizə evlilik təklifi gəlibmi?" sualına isə Nurgül "Bilmirəm. Necatidən soruşun" deyərək avtomobilə minib və ərazidən uzaqlaşıb.Qeyd edək ki, Yeşilçay hazırda "Gülperi" serialında baş rolda oynayır.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31