Qaradağ rayonunda abadlaşdırılan yeni həyət istifadəyə verilib
Qaradağ rayonunun Sahil qəsəbəsində IDEA İctimai Birliyinin təşkilatçılığı və Qaradağ rayon icra hakimiyyətinin dəstəyi ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət 2019-cu ilin yanvarin 4-də sakinlərin istifadəsinə verilib.
4 Yanvar 2019 15:59 SosialQaradağ rayonunun Sahil qəsəbəsində IDEA İctimai Birliyinin təşkilatçılığı və Qaradağ rayon icra hakimiyyətinin dəstəyi ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət 2019-cu ilin yanvarin 4-də sakinlərin istifadəsinə verilib. İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, istifadəyə verilmiş növbəti abad məhəllədə Qaradağ rayonunun Sahil qəsəbəsi, Ə.Qülbabayev 14, 16, 18 və M.Seyidov 13, 16 N-li binaların qarşısında yerləşir. Açılış zamanı IDEA İctimai Birliyinin nümayəndılıri və məktəblilər tədbir zamanı keçirilmiş kütləvi ağacəkmə aksiyasında iştirak ediblər."Bizim həyət" layihəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilib. Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan və 2.5 hektar sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilib, futbol və basketbol meydançası və idman alətlərindən ibarət meydança salınıb.
Bundan əlavə burda yeni tikilmiş, ümumi sahəsi 560 kv.m olan 250-350 nəfərlik xeyir-şər evinin açılışı da olmuşdur. Açılış mərasimində iştirak edən ağsaqqallar burada yaşayan 3500 yaxın ailə adından çıxış edərək əhalinin sosial problemlərinin həlli istiqamətində görə ölkə rəhbərliyinə, rayon İcra hakimiyyətinə öz minnətdarlıqlarını çatdırdılar.