Tələbələr arasında seçim turu keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənc Mühasiblər" İctimai Birliyi tərəfindən Bakı, Gəncə və Sumqayıt şəhərlərində "Gənclər üçün Mühasibatlıq üzrə II Olimpiadanın təşkili" adlı layihə həyata keçirilir. İctimai Birlikdən "OLAYLAR"-a verilən məlumata görə, layihənin əsas məqsədi gənclərin mühasibatlığın öyrədilməsində analitik düşüncə tərzini yüksəltmək, bacarıqlı və istedadlı tələbələrə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31