Boşanmış ailələr hansı sosial problemlərlə üzləşirlər?

Günümüzdə cəmiyyətdə ən çox rast gəldiyimiz problemlərdən biri də boşanma hallarıdır. Təəssüf doğuran məqam ondan ibarətdir ki, bu mənfi tendensiya ildən-ilə artım dinamikası ilə müşahidə olunur. Son illərin statistikası da belə deməyə əsas verir.

Günümüzdə cəmiyyətdə ən çox rast gəldiyimiz problemlərdən biri də boşanma hallarıdır. Təəssüf doğuran məqam ondan ibarətdir ki, bu mənfi tendensiya ildən-ilə artım dinamikası ilə müşahidə olunur. Son illərin statistikası da belə deməyə əsas verir. Belə ki, 2018-ci ilin beş ayı ərzində qeydiyyat şöbələri tərəfindən  22489 nikah və 6177 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,5, boşanmaların sayı isə 1,5 olub. Düzdür, 2017-ci ildə bu rəqəm bir qədər çox olsa da, lakin ümumi mənzərə heç də ürəkaçan deyil. 2016-cı ildə isə Azərbaycanda 66771 nikah, 13114 boşanma qeydə alınıb. Əvvəlki illə müqayisədə nikahlar azalıb, boşanmalar artıb. 2015-ci ildə ölkədə 68773 nikah bağlanmış, 12764 boşanma rəsmiləşmişdi. 2013-cü və 2014-cü illərlə müqayisədə də nikahların sayında azalma, boşanmalarda artım nəzərə çarpır. "Azərbaycanın Demoqrafik Göstəriciləri" nəşrinə görə, 2013-cü ildə Azərbaycanda 86852, 2014-cü ildə 84912 nikah qeydə alınıb. Həmin illərdə müvafiq olaraq 11730 və 12088 boşanma rəsmiləşib.

Bir qayda olaraq boşanmaya səbəb erkən nigah göstərilsə də, lakin digər amillər də bir qayda olaraq boşanma hallarına yol açır. Daha çox ailədə tərəflərdən birinin digərinin şərtini, yaxud sözlərini qəbul etməməsi ailənin dağılması ilə nəticələnir.  Ailənin dağılmasından daha çox əziyyət çəkən uşaqlar olsa da, lakin valideynlər, ər və arvad da bu boşanma hallaından sonra ciddi problemlərlə üzləşir.  Tərəflərdən demək olar ki, hər ikisi ciddi depressiya keçirir, psixoloji sarsıntı ilə üzləşir. Bəzən bu psixoloji sarsıntını aradan qaldırmaq üçün aylar, hətta illər lazım gəlir.

Psixoloq Vüsalə Babayeva deyir ki, boşandıqdan sonra fərdin sosial münasibətlərində ciddi dəyişikliklər olur. Onun sözlərinə görə, bunlar, ətrafın ,dostların və ailə üzvlərinin davranıslarında daha çox hiss edilir.

Bəs görəsən boşanma hallarından, ailənin dağılmasından daha çox hansı tərəf, kişi, yoxsa qadın əziyyət çəkir, depressiyaya düşür? Psixoloq deyir ki, qadınlar bu vəziyyətdən kişilərə nisbətən daha çox təsirlənir. Vüsalə Babayeva bildirir ki, digər tərəfdən, boşanmış qadın və kişilər üçün də ailə üzvləri və qohumlar dəstək olduqları qədər stress və gərginlik qaynağı da ola bilər: "Xüsusilə bu hal sosial-iqtisadi vəziyyəti aşağı ailələr üçün keçərlidir. Bu yerdə boşanmış qadın, dəstək üçün qohumlarına arxalandıqca asılılıq hissləri güclənir. Ya da ailə üzvləri bu vəziyyəti lazımlı qoruyucu bır prosesi kimi görür. Boşanmış insanların əhəmiyyətli hissəsinin, dostluq tellərinin boşandıqdan sonra qopduğu müəyyən edilmişdir. Evli dostların boşanmanı təsdiq etməmələri və ya boşanmış qadını öz ailələrinə təsir kimi qəbul etmələrindən dolayı onlarla yoldaşlığını kəsirlər. Ya da bəzən boşanmış qadın belə bir səhv qavrama görə özünü evli yoldaşları ilə fərdi olaraq görüşməyi üstün tutur". Psixoloq qeyd edir ki, boşanmış qadınların yoldaşları daha çox qohumlarından və ya qadının sosial statusundakı şəxslərdən seçdikləri müşahidə olunur: "Hazırda inkişaf etmiş qərb cəmiyyətlərində boşanma, cəmiyyət tərəfindən əvvəlki kimi utanılacaq bir vəziyyət olaraq görülmür. Az inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə boşanmış insanlara qarşı mənfi münasibətlər daha sıx olur. İqtisadi vəziyyəti özünə yetən və özünə güvənən xanımlarda bu proseslər çox daha az baş verir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31