Ötən il 27 000-dən çox müraciət daxil olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzinə ötən il ərzində 27 000-dən çox müraciət daxil olub. “OLAYLAR”-a Təhsil İdarəsindən daxil olan məlumata görə, daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzinə ötən il ərzində 27 000-dən çox müraciət daxil olub. "OLAYLAR"-a Təhsil İdarəsindən daxil olan məlumata görə, daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

2 564 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. BŞTİ-yə vətəndaşlar tərəfindən 9 310 ərizə,  müxtəlif qurumlardan 12 366 məktub və 4 793 elektron müraciət daxil olub.

Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların qəbulu, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı, işə qəbul  və digər məsələləri əhatə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31