Nəsimi rayonundakı 1 saylı Körpələr - Uşaq Evində bayram tədbiri keçirilib
3 Yanvar 2019 12:41 SosialDünya Azərbaycanlılarının həmrəylik günü və Yeni təqvim ili münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində bayram tədbiri keçirilib. İcra Hakimiyətindən "Olaylar"a verilən məlumata görə, Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmuş,burada yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün hər cür şərait yaradılıb. Tədbirdə uşaqlara hədiyyələr təqdim edilib, Şaxta baba və Qar qız burada yaşayan uşaqların sevincinə səbəb olub, uşaqları əyləndirmiş və birlikdə maraqlı oyunlar keçiriblər. Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva və körpələr evinin kollektivi Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya daima uşaqlara göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.