Sirkdən heyvanları yığışdırdılar - ŞOK QƏRAR
8 Dekabr 2018 23:20 Sosial"Heyvansız əyləncə" şüarıyla yola çıxan Türkiyə sirklərindən biri paytaxt sakinlərinə maraqlı anlar yaşadıb.
Publika.az xəbər verir ki, akrobatlar, sehirbazlar, kəndirbazlar və jonqlyorlardan ibarət 55 nəfərlik heyət dekabrın sonunadək insanları heyvansız əyləndirməyə qərar verib.
Sirk rəhbəri Melike Cankurt qərarl belə izah edib: "Əvvəllər düzənlənən heyvanlı sirklərdə bu tip tamaşalara etiraz edirdim. İşin içində olduğum üçün heyvanların necə əzab çəkdiyini bilirdim. Bu üzdən həyat yoldaşımla birlikdə heyvanları bu əzabdan xilas etməyə qərar verdik. Bu mübarizədən qalib ayrıldığımızı deyə bilərəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31