İlk dəfə belə bir uşaq doğuldu - Dünyada NADİR HADİSƏ
5 Dekabr 2018 23:51 SosialBraziliyada dünyada ilk dəfə köçürülən analıqdan körpə doğulub.
Publika.az xəbər verir ki, 45 yaşında insultdan ölən 3 uşaq anasının yumurtalığı analığı olmayan gənc qadına köçürülüb.
Körpə qız ötən ilin dekabrında dünyaya gəlib. Həkimlər bildiriblər ki, ana və bala sağ-salamatdır, özlərini yaxşı hiss edirlər.
Qeyd edək ki, Çexiya, Türkiyə və ABŞ-da ölən qadının analığının köçürülməsi ilə bağlı 10 əməliyyat uğursuz olub. Canlı donorların uşaqlığının köçürülməsindən 11 körpə doğulub. Braziliyanın araşdırması əsasında daha iki transplantasiya planlaşdırılıb. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31