Ayı baxıcısını öldürdü
4 Dekabr 2018 05:11 SosialYaponiyada Himalay ayısı öz baxıcısını öldürüb. İnsident ölkənin paytaxtı Tokioda baş verib.
Qonşuları 56 yaşlı Soiçiro Morinin dəhşət içində necə qışqırmasını və kömək istəməsini eşidiblər. Onlar evə daxil olublar, yaralı kişini ayı ilə bir qəfəsin içində görüblər və həkimlərlə polisi yardıma çağırıblar. Qanı axan baxıcını xəstəxanaya çatdırsalar da, onu xilas etmək mümkün olmayıb.
15 yaşlı Himalay ayısı 1.3 metr uzunluğunda və 50 kilo çəkisində olub. O, 70 yaşlı ev sahibinə məxsus olub. Ev sahibi Morini ayısına baxması üçün tutubmuş. Baxıcının icazəsi var imiş ki, ayını evdə saxlasın.
Himalay ayıları İrandan Yaponiyaya qədər hər yerdə yayılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31