Hökumət 12 mindən çox insanı sevindirdi - Kreditlər, torpaq sahələri və...

Əbu-Dabi əmirliyinin hakimiyyəti vətəndaşlara 18,3 milyard BƏƏ dirhəmi (5 milyard dollar) məbləğində iqtisadi yardım ayırıblar.

Publika.az xəbər veir ki, yardım ölkənin əsasının qoyulmasının 47-ci ildönümü münasibəti ilə ayırılıb.

Yardım üçün ayırılan vəsaitə mənzil almaq üçün kreditlər, hazır evlər və tikinti üçün torpaq sahələri daxildir. Gözlənilir ki, yardımdan 12 mindən çox insanın faydalana biləcək.

Əbu-Dabi Əmirliyinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bildirib ki, bu addım "sosial sabitliyin və vətəndaşların layiqli yaşayışının təmin olunmasına" yönəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31