Yəməndə humanitar fəlakət - 85 min uşaq ölüm həddindədir

Ərdoğan: "Bu gün Yəməndə milyonlarla insan aclıq çəkirsə, bunun məsuliyyətini kənarda axtarmağa gərək yoxdur"

Yəməndə davam edən humanitar fəlakətə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da münasibət bildirib. Noyabrın 28-də İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (İSEDAK) 34-cü toplantısında çızış edən Türkiyə prezidenti Yəməndə baş verən aclıq və ölümlərə görə bütün müsəlmanların günahkar olduğunu bildirib.

Ərdoğan deyib ki, indi 20-ci əsrin əvvəli deyil və müsəlman aləmi baş verən prosesləri daha düzgün qiymətləndirməlidir. Türkiyə prezidenti qeyd edib ki, müsəlmanlar hələ də Birinci Dünya müharibəsinin yaratdığı sıxıntıları yaşayır. O, müsəlman aləmini tarixdən dərs almağa çağırıb.

Sitat: "Bu gün Yəməndə milyonlarla insan aclıq çəkirsə, bunun məsuliyyətini kənarda axtarmağa gərək yoxdur. Əsas cavabdeh bizik, yəni müsəlmanlar, əslində sözdə müsəlmanlardır. Tarix bizlər üçün olub bitmiş hadisələr toplusu deyil, qüvvət, cəsarət və ilhamla birlikdə dərs aldığımız bir ibrət hadisəsidir".

İlgili resim

Böyük dövlətlərin siyasətini tənqid edən Ərdoğan deyib ki, Suriyadan İraqa, Yəməndən Fələstinə qədər bütün regionda yaşanan böhranın, gərginliyin, qan və göz yaşının təməlində böyük savaş vasitəsilə həyata keçirilən dizayn dayanır. O deyib ki, müsəlman coğrafiyasında yayılan xəstəliklərin başında irqçilik və məzhəbçilik dayanır. Türkiyə prezidenti 100 il əvvəl Birinci Dünya müharibəsi zamanı Yaxın Şərqin Britaniya və Fransa tərəfindən bölüşdürüldüyü Saykes Pikot anlaşmasını qəsd edərək bölgədəki münaqişələrdə xarici ölkə amilinə diqqət çəkib.

yemende çocuklar ile ilgili görsel sonucu

Türkiyə prezidentinin haqqında çıxış etdiyi müsəlman aləminin sınaq meydanı Yəməndə isə qanlı hadisələr davam edir. 2015-ci ilin 26 martından başlayaraq Səudiyyə Ərəbistanı və müttəfiq dövlətlərin Yəməndə hakimiyyəti ələ keçirmiş husiləri devirmək üçün başlatdığı müdaxilə getdikcə daha da faciəvi hal almaqdadır. Hazırda husilər paytaxt Səna şəhəri də daxil olmaqla, Yəmənin şimal-qərb hissəsinə nəzarət edir. Husilərin nəzarətində olan sonuncu liman şəhəri və dünya ilə yeganə əlaqə vasitəsi olan Hudeydə limanı uğrunda 5 aydan çoxdur müharibə davam edir. Yəmən hakimiyyətini tamamilə blokadaya almaq və bununla da xarici aləmlə əlaqəsini kəsərək təslim olmağa məcbur etməyə çalışır. Ancaq husilər hələlik müqavimət göstərir və Hudeydəni vermək istəmirlər. Nəticədə demək olar ki, hər gün Yəmənə hava reydləri keçirən ərəb koalisiyasının aviasiyası dinc insanları, bazarları, məktəbləri bombalayır.

Bu arada məlum olub ki, Küveytdən Yəmənə göndərilən humanitar yardımı Birləşmiş Ərəb Əmirlikləri ordusu müsadirə edib. "Əl-Cəzirə" telekanalının məlumatına görə, BƏƏ ordusu Küveytdən göndərilən 47 avtomobildən ibarət humanitar yardım karvanını müsadirə edərək yardımları ölkənin cənubuna, koalisiyanın nəzarətində olan Cənubi Yəmənə - Ədən şəhəri yolu üzərində yerləşən hərbi bazanın anbarına yığıb.

Qeyd edək ki, Yəməndə hazırda ciddi humanitar böhran yaşanır. UNİCEF-in məlumatına görə, hazırda 85 min yəmənli uşaq aclıq təhlükəsindən ölümlə qarşı-qarşıyadır, hər 10 dəqiqədə bir yəmənli uşaq aclıq və xəstəlikdən dünyasını dəyişir. Bu barədə təşkilatın Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Girt Kepler İordaniya paytaxtında keçirdiyi mətbuat konfransında məlumat verib.

yemende çocuklar ile ilgili görsel sonucu

Yəmənin "uşaqların cəhənnəminə" çevrildiyini deyən UNİCEF rəsmisi vəziyyətin ölkənin 60 faizində deyil, bütün ərazisindəki uşaqlar üçün eyni dərəcədə fəlakətli olduğunu qeyd edib. Onun sözlərinə görə, hazırda Yəməndə 1,8 milyon uşaq aclıq çəkir və normal qida ala bilmir. Bundan başqa, 400 uşaq aclığın yaratdığı xəstəliyi yaşayır. Bu uşaqların 40 faizi Hudeydə şəhərindədir. Vəziyyət isə günü-gündən daha da pisləşir. Kepler deyib ki, hər il 5 yaşdan aşağı təxminən 30 min uşaq xəstəlikdən dünyasını dəyişir. O, qida çatışmazlığının aradan qaldırılacağı təqdirdə bu ölümlərin qarşısının alına biləcəyini bildirib. Ümumilikdə Yəməndə 18 milyon insanın aclıq təhlükəsi qarşısında olduğu, 8-14 milyon insanın isə "şiddətli şəkildə" aclıq təhlükəsi ilə qarşı-qarşıya olduğu bildirilir.

Yəməndə isə müharibə amansızcasına davam edir. Məlum olduğu kimi, 2015-ci il martın 26-da Səudiyyə Ərəbistanının liderliyi ilə 10-a yaxın ərəb və müttəfiq ölkələr Yəmənə hərbi müdaxilə edib. Əsas şüar Yəməndə 2014-cü ilin sentyabrında hakimiyyəti ələ keçirmiş husilərin Ənsarullah Hərəkatını hakimiyyətdən uzaqlaşdırıb devrilmiş prezident Mansur Hadini postuna geri qaytarmaqdır. Məlum olduğu kimi, 2012-ci ildə prezident Əli Abdullah Salehin iqtidarı bir ilə yaxın davam edən xalq etirazı nəticəsində devrilib və ölkəyə müvəqqəti olaraq vitse-prezident Mansur Hadi rəhbərlik etməyə başlayıb. Səudiyyə Ərəbistanının Yəmənə müdaxiləsindən keçən 3,5 il ərzində 14 mindən çox mülki insan ölüb. On minlərlə insan yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31