Azərbaycanlı milyarderlər kütləvi etirazla qarşılaşdı – 15 milyardlıq layihə ləğv edildi
29 Noyabr 2018 04:39 SosialYəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin Sankt-Peterburqdakı Beynəlmiləlçilər parkının ərazisində nəhəng ticarət mərkəzi və okeanarium inşa etmək planı baş tutmayıb.
Virtualaz.org xəbər verir ki, sakinlərin neçə vaxtdır davam edən etirazlarından sonra oliqarxlar ərazinin uzunmüddətli icarəsinə dair (investisiya yatırılması şərti ilə) müqaviləni ləğv etməli olublar.
Parkın ərazisini "Kiyevskaya ploşad" QSC-nin törəmə şirkəti olan "Optima" MMC adlı şirkət icarəyə götürmşüdü. "Kiyevskaya ploşad" QSC-nin sahibləri Qod Nisanov və Zarah İliyev, habelə cəmi bir il əvvələ qədər onların üçüncü ortağı İlham Rəhimov olub. Lakin ABŞ-ın Kremlə rusiyalı oliqarxlara qarşı sanksiya tətbiq etməyə başlamasından sonra İlham Rəhimov həmin şirkətdəki səhmlərin kürəkəni, Azərbaycan vətəndaşı Araz Mehdiyevin adına keçirib.

Lakin parkın yerləşdiyi rayonun sakinləri dəfələrlə bu plana qarşı çıxıblar, etiraz aksiyaları keçiriblər, prezident Vladimir Putinə yazıblar. Hətta şəhər miqyaslı referendum tələb ediblər. Referendum məsələsi şəhər Dumasında müzakirəyə çıxarılıb, amma yetərli dəstək qazanmayıb.
Nəhayət qubernator dəyişib və şəhər meriyasının investisiyalar üzrə Komitəsi "Optima" MMC-yə sakinlərin narazılığını nəzərə alaraq layihəyə yenidən baxmağı təklif edib. Və şirkət ərazinin icarəyə götürülməsinə dair müqavilənin pozulmasına razı olub.
"Fontanka" bildirir ki, bu haqda noyabrın 26-da elan ediblər.Şəhər meriyasının məmurları sakinlərlə bu məsələ ilə bağlı bir sıra görüşlər keçirib və onların narazılıqlarının şahidi olub. Bu görüşlərin nəticələri barədə investorlar məlumatlandırılıb. Komitədən bildiriblər ki, müqavilənin pozulması prosedurları noyabrın sonlarına qədər başa çatacaq.
"Əgər investorlar layihəni həyata keçirmək barədə prinsipial qərarlarını elan etsələr komitə alternativ ərazinin ayrılmasına hazırlıq üçün işlərə başlaya bilər"-Smolnıdan deyiblər.
Məlumata görə investorlar əraziyə müəyyən vəsait yatırmağa imkan tapmışdılar.