Gecə barda tanış olduğu qadını evinə apardı və…  - MÜƏMMALI CİNAYƏT

Türkiyənin ən böyük şəhəri olan İstanbulda müəmmalı bıçaqlanma hadisəsi baş verib.

Publika.az hurriyet.com.tr-yə istinadən xəbər verir ki, Beyoğlu adlanan ərazidə yerləşən evdən gənc qadın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Məlum olub ki, gənc qadının həmin evin sahibi olan Cem B. bıçaqlayıb. Belə ki, həmin şəxs bir neçə gün əvvəl gecə klubunda qadınla tanış olub və daha sonra onunla görüşərək evinə aparıb. Burada hələlik məlum olmayan səbəbdən münaqişə yaranıb və o, tanış olduğu qadını bıçaqlayıb.

Ev sahibi hadisənin dəlili qalmasın deyə bütün paltarları və xalını paltaryuyana ataraq yuyub.

Artıq həmin şəxs Taksim Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31