Əziz Qaralov: "Badamdar sürüşmə zonasının sağ və sol hissəsində xırda çatlar əmələ gəlib"
17 Oktyabr 2018 14:44 Sosial"Bakının Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarında sürüşmə zonasının sağ və sol hissəsində xırda çatlar əmələ gəlib. Hazırda gərginlik davam etməkdədir".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O qeyd edib ki, yaxın bir-iki aya prosesin başa çatacağı gözlənilir: "Bu gün yağan yağış da sürüşməyə təsir edib, xırda uçqunlar olub. Hazırda müşahidələrimiz davam etdirilir".
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31